Erməni əsilli nazirin istefası tələb olundu

Erməni əsilli nazirin istefası tələb olundu

Bu gün Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefası tələb ilə Kiyev vilayətindəki evinin qarşısında aksiya keçirilib.

Miq.Az Apa-ya istinadən xəbər verir ki, aksiyada 2 minə yaxın insan iştirak edib.

Aksiya təşkilatçıları özlərini "avtomaydançılar” adlandırırlar. Aksiya təşkilatçıları A. Avakovu polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri himayə etməkdə, 2014-cü ilin qışında Kiyevin Müstəqillik meydanında aksiyaçılara qarşı güc tətbiqində günahlandırırlar.

Ukrayna Daxili İşlər Nazirliyi A. Avakovun hazırda Ottavada işgüzar səfərdə olduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən əməliyyat zamanı anlaşılmazlıq yaşanıb, mühafizə polisi ilə atışma olub. Nəticədə 5 polis həlak olub. Lakin bu aksiya öncədən planlaşdırılıb və 5 polis əməkdaşının həlak olması ilə əlaqəli deyil.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az