Ermənistan polisi paytaxt İrəvanda, prezident iqamətgahına aparan Baqramyan prospektində iki həftədən çoxdur nümayişçilər tərəfindən qurulmuş barrikadanı sökür.
Xüsusi təyinatlı polislər barrikadanı təşkil edən zibil yeşiklərinin bir-birinə bağlandığı ipləri kəsməklə məşğuldur. Nümayişçilər hansısa şüarlar səsləndirir, ancaq polisin barrikadanı sökməsinə mane olmur. Nümayişçilərin sıraları seyrəkdir.
Bundan əvvəl Ermənistan polisi bəyanat yayaraq bildirib ki, bu gün Baqramyan prospektində nəqliyyatın hərəkətini bərpa edəcək və ərazidən nəqliyyatın hərəkətinə mane olan predmetlər götürüləcək.
Polis bildirir ki, dəfələrlə təşkilatçıların özlərinə barrikadanı sökmək təklif olunub, ancaq onlar bundan imtina ediblər.
Qeyd edək ki, ötən gün nümayişçilər hakimiyyətə ultimatum vermişdi və bildirilmişdi ki, onların tələbləri yerinə yetirilməsə, barrikadanı prezident iqamətgahına doğru irəlilədəcəklər. Barrikadalarla iqamətgahı 60 metrlik məsafə ayırır.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL