Ermənistanda məğlub generalların yeni "yarpaq tökümü" BAŞLAYIR

Ermənistanda məğlub generalların yeni
Ermənistanın Müdafiə Nazirliyində kütləvi istefalar və vəzifədən uzaqlaşdırmalar olacaq.

Publika.az xəbər verir ki, belə bir iddia ilə "İravunk" qəzeti çıxış edib.

İddia olunur ki, ordu sistemində vəzifədən qovulacaq generalların və komandirlərin adlarının yer aldığı siyahı müdafiə naziri Suren Papikyanın stolunun üzərindədir.

Nəşrdə yer alan məqalədə qeyd olunur ki, nazirlikdə "kütləvi vakansiyalar" yaxın günlərdə açıqlanacaq.

İddialara görə, Ermənistan ordusunun şərq sərhəd zonasına (Azərbaycanla sərhəd-red.) cavabdeh olan şəxslər vəzifələrindən qovulacaqlar.

Bildirilir ki, buna səbəb son sərhəd toqquşmalarında müdafiənin düzgün təşkil olunmaması, ölənlərin və yaralananların çoxluğudur.

Məqalədə vurğulanır ki, Ermənistan hakimiyyəti bununla əvvəlki klanın ordudakı qalıqlarını tamamilə təmizləmək, arındırmaq istəyir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az