Ermənistanın əhalisi 600 min nəfər azalıb

Ermənistanın əhalisi 600 min nəfər azalıb

Müstəqillik illəri ərzində Ermənistan əhalisi 600 nəfər azalıb.

Ermənistan KİV-inə istinadən verilən xəbərə görə, bu haqda ölkənin rəsmi statistika xidməti məlumat yayıb.

Belə ki, 2016-ci ili yanvarın 1-ə Ermənistan əhalisinin sayı 2 milyon 998 min 600 nəfər təşkil edib.

Staistika xidməti bildirib ki, ölkə "yaşlılar ərazisinə" çevrilib. Əyalətlərdə əhalinin sayında artım, demək olar ki, müşahidə edilməyib.

Qeyd edək ki, 1977-ci ildə ölkə əhalisinin sayı 2 milyon 900 min, bir sonra isə 3 milyondan çox olub. 1992-ci ildə isə Ermənistan əhalisinin sayı 3,6 milyon nəfər təşkil edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az