Ermənistanın müdafiə naziri Seyran Ohanyan martın 21-də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Modern.az saytı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ohanyan cəbhənin şimal-şərq istiqamətinə gedib. O, işğal olunmuş ərazilərimizdəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə baş çəkib, 19 martda baş vermiş və ermənilərin itki verdiyi döyüş ərazisindəki postlardakı vəziyyətlə tanış olub, hərbçilərlə söhbətləşib, işğalçı ordunun komandirlərlərilə görüşüb.
Məlumata görə, erməni nazir yüksək rütbəli komandirlərlə vəziyyəti müzakirə edib, Azərbaycan tərəfinə adekvat cavab zərbəsi endirməyin yolları barədə fikir mübadiləsi aparıblar.
Seyran Ohanyanın Xankəndindəki hərbi hospitala yerləşdirilən yaralı erməni əsgərlərə də baş çəkdiyi, onların sağlıq vəziyyətini müzakirə etdiyi, valideynlərilə görüşdüyü bildirilir.
Verilən məlumatlardan belə görünür ki, erməni tərəfi 19 mart döyüşündə verdikləri itkidən ciddi təşvişə düşüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR