Ermənistan Respublikasının hərbi təcavüzü, Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycana 300 mlrd. ABŞ dollarından artıq dəyərdə ziyan dəyib. Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin hazırladığı foto-xronikada qeyd edilir.
Məlumata görə, münaqişə nəticəsində 1988-1993-cü illərdə 900-dən artıq yaşayış məntəqəsi, 150 mindən çox ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd və 9 məscid dağıdılıb. Bütün bunlarla yanaşı dağıdılan maddi və mədəni sərvətlər sırasında 473 tarixi abidə, saray və muzeyin, 40 min muzey eksponatının, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsinin, 160 körpünün adı var.
Münaqişə nəticəsində Azərbaycanın infrastruktur sisteminə də ziyan dəyib. Belə ki, qeyd edilən dövrdə 1 200 km irriqasiya sistemi, 1 mln. hektar kənd təsərrüfatı üçün yararlı torpaq, 280 min hektar meşə, 15 min km elektrik xətti, 2 000 km qaz kommunikasiyası, 2 300 min km su kommunikasiyası, 2 670 min km avtomobil yolu ziyan görüb.
Komitənin məlumatına görə, hazırda işğal edilmiş ərazilərdə 350 tank, 398 ACV, 425 artilleriya, 45 min şəxsi heyət saxlanılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL