Əsəd: “Bu ölkələr xanımıma qaçmaq təklif edib…”

Əsəd: “Bu ölkələr xanımıma qaçmaq təklif edib…”

Suriya Prezidenti Bəşər Əsəd xanımı Əsma Əsədə ölkədən qaçma təklifi edən ölkələrin adını açıqlayıb.

Axar.az xəbər verir ki, "Vətən” qəzetinə danışan prezident ABŞ-ın da bu ölkələr sırasında olduğunu deyib:

"Böhranın əvvəlində iki ölkə - Qətər və Türkiyə narahatlığını açıq şəkildə bildirdi. Onlar üstüörtülü şəkildə Əsma Əsədə təklif etmişdilər. Təbii ki, indi ortaya çıxıb bu faktı inkar edə bilərlər. Amma hadisə belə olmuşdu…

İllər sonra başqa təkliflər də oldu. Amerikalılar prezident seçkilərində namizəd olmayacağım halda mənə və istədiyim bütün şəxslərə qanuni toxunulmazlıq hüququ veriləcəyini təklif etdi.

Təbii ki, bu təkliflər fərqli qaynaqlarla çatdırılırdı. Amma böyük qismi ABŞ-dan gəlib. Bunların mənim üçün heç bir dəyəri yoxdur”.

Xatırladaq ki, "Rusiya 24” telekanalına müsahibə verən Əsma Əsəd Qərb ölkələrinin ona ölkədən qaçmaq təklifi etdiyini açıqlamışdı:

"Mənə Suriyadan ayrılmağı, daha doğrusu, qaçmağı təklif etdilər. Təklifi qəbul edəcəyim halda mənim və uşaqlarımın qorunacağını, maliyyə dəstəyi veriləcəyini dedilər”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az