Bakıda Azadlıq prospektində baş verən yanğın dünya mətbuatının da diqqətini çəkib.
Bir sıra türk, rus və ingilis dilində olan xəbər agentlikləri, saytlar və telekanallar faciədən məlumat veriblər. Avropanın “Euronews”, RT və Rusiyanın “Rossiya” kanalları yanğın barədə sujetlər hazırlayıblar.
Bundan başqa, "Ria.ru", "Dailymail", "Abcnews" və bir sıra başqa xəbər agentlikləri də Azadlıq prospektində baş verən yanğın haqqında məlumatlar paylaşıb. Yanğın haqqında "Wikipedia" səhifəsi də yaradılıb.
Xatırladaq ki, dəhşətli yanğın hadisəsi 19 may səhər saatlarında Binəqədi rayonu, Azadlıq 189 ünvanında baş verib. 16 mərtəbəli bina alovlanıb. Hadisə yerinə onlarla təcili yardım və yanğınsöndürən briqadaları cəlb edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölənlərin sayı 15-ə çatıb. Yanğın nəticəsində ümumilikdə 64 nəfər xəsarət alıb.
ANS
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR