"Fəxri ad almaq üçün 800-dən çox jurnalist müraciət edib"

Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci bina 2016-cı ildə istifadəyə veriləcək.
Bunu Səbail rayon İcra Hakimiyyəti tərəfindən milli mətbuatın 140 illik yubileyi ilə bağlı media təmsilçiləri ilə keçirilən ənənəvi tədbir-görüşdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.  
Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2013-cü ildə jurnalistlər üçün ilk binanın istifadəyə verildiyini xatırladan V. Səfərli növbəti ildə 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət binanın jurnalistlərin istifadəsinə veriləcəyini açıqlayıb: "Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də jurnalistlərə veriləcək mənzillər tam təmirli olacaq”.    
V. Səfərli bu il milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciətin daxil olduğunu, iyulun 22-də prezident tərəfindən verilən sərəncamla fəxri adlara layiq görülən jurnalistlərin adlarının açıqlanacağını nəzərə çatdırıb.   
APA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az