Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı məmurların fəaliyyətindən narazıdır. Mətbuata açıqlamasında deputat Azərbaycan hakimiyyətində öz fəaliyyəti ilə ümumilikdə iqtidar adına ləkə gətirən məmurların olduğunu deyib və belə məmurlara qarşı konkret tədbir görülməsinin zamanının çatdığını bildirib.
Onun sözlərinə görə, rüşvətxor, korrupsiya əməlinə yol verən məmurların fəaliyyəti ciddi araşdırılmalıdır. AVP sədri özünün bu hadisələrlə bağlı müşahidələr apardığını və zamanı gələndə konkret mövqeyini ortaya qoyacağını, məlumatları konkret faktlar şəklində müvafiq qurumlara təqdim edəcəyini vurğulayıb.
Söhbət hansı məmurlardan və nə kimi faktlardan gedir?
F.Ağamalı söhbətin konkret rüşvətxorluq, korrupsiyadan deyil, məmurlardan və onların öz üzərinə düşən funksiyanın yerinə yetirilməsindən getdiyini deyir: “Məmur özbaşınalığı var. Müşahidə aparıram, görüm bu qəsdən, düşünülmüş şəkildə aparılır, ya yox. Çünki ölkədə gedən proseslər buna bənzər məsələlərə daha həssas yanaşmağa ehtiyac yaradır. Söhbət Azərbaycan dövlətçiliyində yeri, rolu böyük olan məmurlardan gedir. Hər halda ”JEK" müdirləri haqqında fikir söyləməyəcəm"./azadlıq.info/
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR