Fidel Kastronun külü dəfn olundu

Fidel Kastronun külü dəfn olundu

Kuba inqilabının lideri Fidel Kastronun külünün dəfn mərasimi olub.

Miq.Az AzərTac-a istinadən xəbər verir ki, Fidel Kastronun külü inqilabın beşiyi sayılan Santyaqo-de-Kubadakı Santa-İfiqeniya qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, 90 yaşlı Fidel Kastro noyabrın 26-da dünyasını dəyişib. O, dünya tarixində hakimiyyətdə ən çox qalmış üçüncü dövlət başçısıdır. Hakimiyyətdə olduğu müddətdə ona 600 dəfədən çox sui-qəsd təşkil olunub və

Fidel Kastro bu göstəriciyə görə "Ginnesin rekordlar kitabı”na düşüb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az