Fumio Kişida: Yaponiya Şimali Koreyada istənilən gözlənilməz fəaliyyətə hazırdır
Yaponiyanın xarici işlər naziri Fumio Kişida bəyan edib ki, hökumət Koreya yarımadasında istənilən gözlənilməz fəaliyyətə hazırdır.
Aprelin 15-də Şimali Koreyada keçirilən paraddan sonra F.Kişida Hiroşimada jurnalistlər qarşısında çıxış edib. Nazir vurğulayıb ki, bu ölkə tərəfindən təhlükə öz yeni mərhələsinə qədəm qoyub. Hökumət Cənubi Koreyadakı Yaponlar Assosiasiyası ilə birlikdə bu ölkədə səfərdə olan həmvətənlərinin fövqəladə vəziyyət barədə xəbərdar edilməsi və onların vətənə təhlükəsiz qayıdışının təmin olunması üzərində çalışır.
Hazırda Cənubi Koreyada 60 min Yaponiya vətəndaşının olduğu bildirilir.
Miq.Az