Gecə klubunda 22 yaşlı modelin bədənini yandırdılar - FOTO
Aldığı xəsarətdən o, xəstəxanaya yerləşdirilib
Model İzabella Fraser bacısı ilə birlikdə Sidneydən Londona gəlib. Cütlük birlikdə maraqlı axşam keçirmək məqsədilə bahalı gecə klublarından birindən yollanıb. Lakin qonaqlardan biri içkili halda əlindən olan kimyəvi turşunu klubda olanların üstünə töküb.
İstiPress "Daily Mail"ə istinadən xəbər verir ki, 22 yaşlı gözəlçə hadisənin terror aktı olduğunu düşünüb:
"Nəfəs ala bilmirdim, öskürürdüm. Daha sonra isə həmin mayeni əlimdə hiss etdim",
Şok yaşayan model bacısının köməkliyi ilə dərhal xəstəxanaya yerləşib. Kimyəvi turşudan modelin kürəyi və qolu yanıb. Buna baxmayaraq, Fraser sağ qaldığı üçün xoşbəxt olduğunu bildirib.
Günahkar artıq polis tərəfindən saxlanılıb.
Miq.az