"Gənclərə dəstək, gələcəyə dəstəkdir"

 Inline image 1
 Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Paytaxt Gənclərinin Peşə və Yaradıcılıq Festivalı layihəsi həyata keçirilib. Layihə Yasamal rayon gənclərinin iştirakı ilə Bakı Dövlət Universitetinin akt zalında baş tutub. Tədbirdə YAP Yasamal GB-nin şura üzvu Şahin Şərifov, layihə rəhbəri Tural Sərdarov, Elmlər Akademiyasının bir sıra gənc əməkdaşları və fəal tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Tural Sərdarov layihə haqqında iştirakçılara və qonaqlara geniş məlumat verib. O layihənin gənlərin peşə və bacarıqlarının inkişafı istiqamətindəki rolunu xüsusi qeyd edib. Daha sonra Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı Gənclər Birliyinin siyasi şura üzvü Şahin Şərifov  çıxışına  Cənab Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısını yada salmaqla başlayıb. Şahin Şərifov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaranmasını, Gənclər və İdman Nazirliyinin operativ fəaliyyətini, Azərbaycanda gənclər sektorunda çalışan gənclər təşkilatlarına dövlət tərəfindən diqqətin olmasını birmənalı olaraq Prezident İlham Əliyevin adı ilə bağlayıb. "Bu gun gənclərə göstərilən diqqət göz önündədir. Cənab Prezidentin və Mehriban xanım Əliyevanın bu sahəyə diqqəti bizlər üçün stimuldur. Gənclərə dəstək, gələcəyə dəstəkdir”- deyə Şərifov qeyd edib .Daha sonra Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqının sədr  müavini Azərpaşa  Hüseynli çıxış edib. Azərpaşa  Hüseynli layihənin vacibliyini vurğulayıb və layihənin davamının regionlarda da vacibliyini bildirib. O qeyd edib ki, bu cür layihələrin gələcəkdə də davam etdirilməsi dövlət siyasətimizin gənclərə olan qayğısının göstəricisi olacaq. Layihə iştirakçıları da çıxış edərək tədbir haqqında fikirlərini səsləndiriblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az