Dünən Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşı bu gün II Fəxri Xiyabanda dəfn olunur.
Vizual.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının dəfninə hazırlıq başlayıb.
Xiyabanın önündə hüquq-mühafizə orqanlarının əməkdaşları toplanıb. Dəfn mərasimində Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov və milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev, Yol Polisinin rəisi Ramiz Zeynalov, Baş prokurorun müavini Rüstəm Usubov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Prezident Administrasiyasının Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev iştirak edir.
Polislərin cənazələri II Fəxri Xiyabana gətirilib.
Polis əməkdaşları Nəsibov Vüqar və Tağıyev İsmayıl torpağa tapşırılıb.


TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL