Hökumət anti-böhran tədbirləri çərçivəsində bir neçə dövlət qurumunu ləğv etməyə hazırlaşır.
VİZUAL.az xəbər verir ki, bu haqda informasiyanı azadliq.info yayıb. Sayt bildirir ki, növbəti ildə Nəqliyyat Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, "Azərenerji”, Su və Meliorasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Xidməti, hüquq-mühafizə orqanlarının bəzilərində istintaq idarələri, "JEK”lər və bir sıra dövlət qurumlarının yerli idarə və şöbələrinin ləğv olunması planlaşdırılır. Bu islahat təkcə Daxili İşlər Nazirliyinə şamil edilməyəcək.
Bildirilir ki, Nəqliyyat Nazirliyinin yerdə qalan səlahiyyətləri (bu qurum əksər səlahiyyətlərini artıq itirib) Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilə bilər. Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, "Azərenerji”nin isə Sənaye və Energetika Nazirliyinə birləşdirilməsi gözlənilir. Bəzi məlumatlara görə, mümkündür ki, "Azərnereji” ilə Sənaye və Energetika Nazirliyi ləğv edilərək onların bazasında yeni vahid qurum yaradılsın. Su və Meliorasiya Xidmətinin səlahiyyətləri isə 3 qurumun arasında bölüşdürələ bilər. Bu qurumlar Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və "Azərsu”dur. Diasporla Iş üzrə Dövlət Komitəsinin isə Xarici İşlər Nazirliyinə birləşdiriləcəyi bildirilir.
Məlumata görə, bu dəyişikliklər kütləvi ixtisarlarla müşayiət olunacaq.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?