Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar əfv sərəncamını gələn həftə imzalayacağı gözlənilir.
Prezident yanında Əfv Məsələləri Komissiyasında keçirilən iclasların sıxlığı da bunu deməyə əsas verir. Komissiyadan bildirilir ki, müraciətlərə baxılıb və müzakirələr yekunlaşmaq üzrədir.
Əfv Məsələləri Komissiyasından Modern.az saytına daxil olan məlumata görə, çox sayda məhkuma şamil ediləcəyi gözlənilən əfv siyahısında hazırda həbsdə olan bəzi jurnalistlərin də adı yer alacaq.
Prezident İlham Əliyev sonuncu dəfə əfv sərəncamını bu ilin mart ayında - Novruz bayramı ərəfəsində imzalamış, 101 məhkum əfv olunmuşdu.
Qeyd edək ki, hazırda həbsdə xeyli jurnalist saxlanılır: Xədicə İsmayıl, Pərviz Həşimli, Rauf Mirqədirov, Seymur Həzi və digərləri...
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL