Sabiq deputat Gülər Əhmədovanı ev dustağı edərək, polis nəzarəti altına alıblar. Bu barədə dünən G.Əhmədova özü haqqin.az saytının əməkdaşı ilə söhbətində bildirib.
Rüşvətxorluqda vasitəçilik etməsi barədə yayılmış ifşaedici videomateriallarda adı keçən və görüntüləri görünən sabiq deputat barədə qəti imkan tədbirini Nəsimi rayon məhkəməsi çıxarıb.
"Mən hər gün Nəsimi rayon Polis İdarəsinin əməkdaşına, sahə müvəkkilinə evimdə olduğuma dair iltizam verirəm", - deyə G.Əhmədova durumunu izah edib və bundan başqa heç bir suala cavab verməyərək, vəkillərinin yeni müdafiə taktikası seçəcəyinə istinad edib.
Yeri gəlmişəkən, Əhmədovanın hüquqlarını əcnəbi vəkillər də olmaqla bir qrup vəkil müdafiə edəcək.
"Əgər ehtiyac olarsa, mən vəziyyətə özüm aydınlıq gətirəcəyəm, daha Elşad Abdullayevin bəyanatlarını şərh etməyəcəm", - deyə G.Əhmədova bildirib. O, yalnız həyat yoldaşı Fikrət Əhmədovun AzTV-də tutduğu vəzifədən kənarlaşdırıldğını da təsdiq edib./musavat.com/
"Vətəninfo.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR