Gözəgörünməz qatarlar gəlir - İNANILMAZ FOTOLAR
Moderator.az xəbər verir ki, Yaponiyalı memar Kazuyo Sejima 2018-ci ildə yola çıxacaq "gözəgörünməz qatar" üzərində şalışır. Memarın istifadəyə verəcəyi qatarlar çöl bölgələr ilə şəhər arasındakı görüntünü pozmayacaq şəkildə gözəgörünməz olaraq hərəkət edəcəklər.
Yapon memar bundan əvvəl ətraf mühiti qoruyan binalar tikməsi ilə məşhurlaşmışdı. Ancaq indi üzərində çalışdığı gözəgörünməz qatar fikri sanki fantastikadır.
Memar bu işlə bağlı sifarişi Yaponiyadakı Seibu Group adlı firmadan alıb. Qatar 2018-ci ildə məşhur firma Seibu Groupun yaranmasının 100-cu ilinə həsr edilmiş tədbirləri çərçivəsində relslərdə hərəkətə başlayacaq.
Yeni qatarların səthi əks etdirməli olacaq və hazırda mövcud olan qatarlardan fərqli olaraq çöl bölgələrlə şəhər arasındakı görüntünü pozmayacaqlar. Qatarlar səthində göydələnləri və kənd sahələrini əks etdirəcək. Daxili dizaynda isə rahatlığa çox önəm veriləcək. Qatar bənzərsiz mənzərəsi, şəhərətrafı evi ilə şəhərdəki iş yeri arasında hər gün gedib gələn şəxslərə, arxayınlaşmaq istəyən insanlara və turistlərə xidmət edəcək.
Memar yeni işi ilə bağlı bunları deyib: "İnsanların haradasa parklardakı kimi bir araya gələcəyi yeni bir şərti sahə yaratmaq istədik. Bura yalnız bir nəqliyyat vasitəsi olmaqdan daha çox, müstəqil bir finiş nöqtəsi olacaq".
Sejimanın hazırladığı qatarlar Tokionu orta Yaponiyadakı bölgələrə bağlayacaq bir admiral donanması meydana gətirəcək.