“Əgər korrupsiyanın, rüşvətxorluğun qarşısısı alınacaqsa, işə Vilyam Hacıyevdən başlamaq lazımdır. Yeri məlumdur. Samux Rayon İcra başçısıdır”
Ötən günlərdə bu sözləri mətbuata açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
“Vətəninfo.az”a etibarlı mənbələrdən daxil olan məlumata görə, Hafiz Hacıyevlə əmisioğlu İmişli Rayon İcra başçısı Vilyam Hacıyev barışıb. Məsələyə aydınlıq gətirmək üçün Hafiz Hacıyevlə əlaqə saxladıq. Hafiz Haciyev küsülü olmadıqlarını, bunun siyasi oyun olduğunu bildirdi:
“Bu bir siyasi oyundur. Biz küsülü deyilik. Mən siyasətçiyəm. Vilyam Hacıyev isə dövlət məmurudur. O xalqa, dövlətə xidmət edir. Mən də bu dövləti qoruyanlardan biriyəm. Fikirlərimizin üst-üstə düşmədiyi və düşdüyü məqamlar olur. Lakin biz doğma qohumuq. Düşmən ola bilmərik. Mən nə edə bilərəm? O mütəmadi səhvlərə yol verir. Biz onun səhvlərini düzəldirik və ona başa salırıq, yaxşı işləyəndə isə çox sağ ol deyirik. Bu dövlət də mənimdir, bu xalq da mənimdir, Vilyam Hacıyev də mənimdir”
Lakin ona Vilyam Hacıyevi rüşvətxor adlandırdığını xatırladanda bildirdi ki, rüşvət gizli alınır. Heç kim bunu sübut edə bilməz. Mən gözümlə görməmişəm. Gözümlə görmədiyim şey haqqında necə danışa bilərəm?
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR