“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini

“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
"Hazırda məktəblərdə "TikTok”a çıxış bloklanıb”.

Miq.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

"Ümumiyyətlə, məktəblərdə internetə çıxış məhdudlaşıb. Terrorizm kimi mövzulara çıxış bloklanıb. Ümumilikdə, 200-dən çox təhlükəli mövzulara məhdudiyyət tətbiq olunub”, - nazir müavini qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az