Hələbdə qəbiristanlıqda ölü basdırmağa yer qalmayıb

Hələbdə qəbiristanlıqda ölü basdırmağa yer qalmayıb

Suriyanın ikinci böyük şəhəri Hələbin şərqində ölüləri basırmaq üçün qəbiristanlıqda yer yoxdur. Bu barədə Associated Press agentliyi xəbər yayıb.

Sakinlər şəhərdə hava zərbələrindən ölənləri öz evlərinin həyətlərində basırmaq məcburiyyətində qalıblar. Yerli hakimiyyət deyir ki, kütləvi dəfni nəzərdən keçirirlər, ancaq bunu etməyə onların texnikası yoxdur.

Suriya İnsan Haqlarının Monitorinq Mərkəzi bildirir ki, noyabrın 15-də hakimiyyət qüvvələrinin zərbələri nəticəsində 300 dən çox adam həlak olub, onların 40-dan çoxu uşaq olub. Hakimiyyət qüvvələri şəhərin 60 faizinə nəzarəti ələ keçirə bilib.

2012-ci ilin avqustundan Hələb iki yerə ayrılıb, qərbə hakimiyyət, şərq hissəyə müxalifət qüvvələri nəzarət edir. Şəhərə tam nəzarəti ələ keçirmək Bashar Asadın əsas hədəflərindəndir.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az