Suriya Ordusunun Hələbdə başladığı əməliyyat nəticəsində təxminən 270 min insan mühasirədə qalıb.
7 yaşında olan Bana Alamed də anası və iki qardaşı ilə orada yaşayır.
Bana Alamed @alabedbana adlı Twitter hesabından aylardır "mühasirə altındakı həyatlarını" 135 min izləyicisi ilə bölüşür.
Son iki həftədə isə o, "bombalar altında keçən günlərindən" yazır. Onun 26 noyabrdan bəri paylaşdığı tvitlər bunlardır./bbc/
Image copyright@ALABEDBANAImage caption"İndi Hələb, biz çox qorxuruq. Bizim üçün dua edin", deyə o bu fotonu paylaşıb.Image copyright@ALABEDBANAImage caption"Ordu içəri girdi, düzünü desəm, bu bizim sonuncu günlərimiz ola bilər. İnternet yoxdur. Xahiş edirik, xahiş edirik, bizim ucun dua edin" deyə Bananın anası Fatemah 1 gün əvvəl paylaşıb.Image copyright@ALABEDBANAImage caption"Son mesaj- ağır bomba hücumu altındayıq, daha sağ qalmarıq. Biz öləndə hələ də içəridə olan 200.000 insan barəsində danışın. Sağolun", Fatemah 24 saat öncə paylaşıb.Image copyright@ALABEDBANAImage caption"Bu axşam bir evimiz yoxdur, bombalanıb. Dağıntılar altında qaldım. Ölümləri gördüm, mən də az qala ölmüşdüm", 17 saat öncə paylaşılıb.Image copyright@ALABEDBANAImage caption"Ağır bomba hücumları altındayıq. Ölümlə qalım arasındayıq, bizim üçün dua etməyi davam edin", 5 saat öncə paylaşılıb.Image copyright@ALAMEDBANAImage caption20 dəqiqə öncə isə bu tvit paylaşılıb: "Mesaj- Çox insan bomba hücumları nəticəsində öldükdən sonra biz qaçqın düşmüşük. Həyatımız üçün savaşırıq. Hələ sizinləyik"- Fatemah paylaşır.