Gürcüstan mətbuatı Telavi rayonunun Qaraçala kəndindən olan iki azərbaycanlı qadının Suriyaya döyüşməyə getdiyini yazıb. Gürcüstan Daxili İşlər Nazirliyi bir müddət öncə ölkəni Tbilisi beynəlxalq hava limanı vasitəsilə tərk edərək, Türkiyənin Adana şəhərinə, oradan isə Suriyaya döyüşməyə yollanan qadınların Elmira Süleymanova və Diana Qəribova olduğunu açıqlayıb.
Modern.az saytı məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanovla əlaqə saxlayıb.
O bildirib ki, Suriyaya döyüşməyə gedən qadınlar azərbaycanlılar deyil:
“Həmin qadınlar müsəlman olsalar da, azərbaycanlı deyillər. Onlar Pankisi dərəsində yaşayan miliyyətcə çeçenlərdir. Ümumiyyətlə, bizdə azərbaycanlıların Suriyaya getməsi ilə bağlı məlumat yoxdur. Bizim bildiyimizə görə ora azərbaycanlılar keçməyib. Amma Pankisi dərəsindən olan 15-20 nəfərin İŞİD-in sıralarında döyüşməsi ilə bağlı xəbərlər var. Yenə deyirəm, onlar müsəlman olsalar da, Azərbaycanlı deyillər”.
Azər Süleymanov əlavə edib ki, artıq hadisə ilə bağlı işlər gedir:
“Pankisi dərəsinin girişləri və çıxışları nəzarət altındadır. Suriyaya gedən müsəlmanlar əsasən Türkiyə ərazisindən ora keçir.
Gürcüstanın 4 milyon əhalisi var. Onların hara gedib-gəlməsinə biz qarışa bilmərik. Artıq onlar gedəndən sonra məlumatlar yayılır”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR