Son beş ildə Avropada evdə saxlanılan it və pişiklər ümumilikdə 1,5 milyard funt dəyərində (2,1 milyard avro) qacet korlayıblar. Şirkət 16 min ev heyvanı sahibini sorğuya cəlb edib
Oxu.Az xəbər verir ki, bu məlumatı Britaniyanın “Mirror” nəşri texnikanın xəsarətdən qorunması məsələləri üzrə sorğular keçirən SquareTrade şirkətinin məruzəsinə istinadən bildirib.
Ən ziyanverici amil isə Britaniya ailələrinin sevimli dördayaqlı dostları olub, onlar sahiblərinə 358 milyon funt (0,5 milyard avro) məbləğində zərər vurublar. Onlar Britaniyada evlərin 14 faizində telefon, planşet, noutbook-u korlayıblar.
Məruzədə qeyd edildiyi kimi xəsarətin əsas səbəbi it və pişiklərin bu qacetləri oyuncaq hesab edərək çeynəmələridir. Bundan başqa, heyvanlar qurğuları yerə salır, üzərinə maye dağıdır və onların üstündə qaçırlar.
“Ev heyvanlarının sahibləri təsadüfən it üçün bahalı sümük parçasına çevrilən telefon, planşet və digər portativ qurğuların təmirinə külli miqdarda pul xərcləyirlər”, - SquareTrade şirkətinin Avropa ofisinin direktoru Kevin Gillan (Kevin Gillan) qeyd edib.
Araşdırma üçün şirkət 16 min ev heyvanı sahibini sorğuya cəlb edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR