İkiqat Azərbaycan çempionu maşınında güllələndi -YENİ FAKTLAR (YENİLƏNİB)

İkiqat Azərbaycan çempionu maşınında güllələndi -YENİ FAKTLAR (YENİLƏNİB)
Azərbaycanda gənc idmançı dünyasını dəyişib.

Miq.az xəbər verir ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov vəfat edib.

Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.

Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.

Sayt yazır ki, idmançı qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.
 
********

İdmançı dostu: "Elmir kriminaldan uzaq adam idi"

İki övlad atası namus, yoxsa borc pul üstündə öldürülüb? 

Gəncədə ötən gecə güllələnən idmançı, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilovla yeni məlumatlar üzə çıxıb. 

Onun idmançı dostu Anar Məmmədov Musavat.com-a bildirib ki, Elmir Cəlilov yaşı ilə əlaqədar bir müddət əvvəl idmandan uzaqlaşıb. O, Gəncədə bərbərliklə məöşğul imiş: "Çox mərifətli oğlan idi. Gəncədə ən hörmətli idmançılardan biri Elmir idi”. 

Anar Məmmədov bildirib ki, Elmir Cəlilov kriminal aləmdən uzaq olub, heç kimlə ədavəti yox imiş. 

Elmir Cəlilov ailəlidir. İki övladı - qızı və oğlu var. Həyat yoldaşı hamilədir və təxminən iki ay sonra üçüncü övladları dünyaya gəlməlidir. 

Gəncədəki mənbələr Musavat.com-a qətlin səbəbləri ilə bağlı mövcud ehtimalları da açıqlayıb. Hazırda qətllə bağlı iki versiya dolaşır - namus məsələsi və ya borc pul söhbəti. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Qətli törədən saxlanılsa da, hələlik adı açıqlanmayıb. 

Xatırladaq ki, kikboks üzrə ikiqat Azərbaycan çempionu Elmir Cəlilov ötən gecə qətlə yetirilib. Hadisə Gəncədə baş verib. Şəhərin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında Elmir Cəlilov öz avtomobilində güllələnib.


 










Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az