Polisləri peşə bayramları münasibətilə təbrik edən İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev dövlət başçısının hüquq mühafizə orqanlarının formalaşmasına, onların maddi texniki bazasının inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələrin öhdəsindən vicdanla gəlib. Çıxış edən İmişli rayon polis şöbəsinin rəisi Vaqif Müslümov polis əməkdaşlarının ictimai asayişin qorunması sahəsindəki xidmətləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini söyləyib.

Digər çıxış edənlər də bildirib ki, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara cavab verən lazımi texnika və avadanlıqlarla təmin edilib. Sonda bir qrup polis əməkdaşına hədiyyə və fəxri fərman verilib.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA