ABŞ-ın paytaxtı Vaşinqtonda iri inşaat şirkətinin rəhbəri ailə üzvləri ilə birlikdə qətlə yetirilib.
Vətəninfo.az xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qətlin motivi hələlik bəlli deyil.
“American Iron Works” şirkətinin başçısı, 46 yaşlı Savvas Savopulos, onun həyat yoldaşı Emi Savopulos, 10 yaşlı oğlu Filipin və 57 yaşlı qadın qulluqçunun meyitləri yaşadıqları evdə aşkarlanıb. Qətldən sonra ev yandırılıb.
Ailənin yaşadığı villa Vaşinqtonun şimal-qərb hissəsində, vitse-prezident Cozef Baydenin iqamətgahı yaxınlığında yerləşir.
Polisin məlumatına əsasən, ailəyə məxsus “Porsche” markalı avtomobil yandırılmış vəziyyətdə Merilend ştatında aşkarlanıb.
Bildirilir ki, “American Iron Works” şirkəti inşaat materiallarının istehsalı və tikinti- montaj işləri ilə məşğuldur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR