"Təqsirsizlik məsələsi var, bir məsələdə kimisə ittiham etmək çox çətindir"
“Hüquq Mühafizə Orqanları, hər iki tərəfin vəkilləri mübahisələrin üzərinə gedib, həqiqətlərin çatdırılması üçün çaba göstərməlidilər”.
Bunu AzNews.az-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Gülər Əhmədova və hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iştirakı ilə internetdə yayılmış videomateriala münasibət bildirərkən deyib. O bildirib ki, ölkə gündəmini tutan məsələ araşdırılmalıdır : “Qısa zaman ərzində nəticələr ictimaiyyətə açıqlanmalıdı. Nəticə bəlli olduqdan sonra mövqe bildirmək düzgün olardı”.
İ.Ağazadə deyib ki, təqsirsizlik məsələsi var, bir məsələdə kimisə ittiham etmək çox çətindir: “Qarşı tərəf iddia edir ki, bu videogörüntü montaj deyil. Gülər Əhmədova isə bunun montaj olduğunu deyir.
Hüquq Mühafizə Orqanları, hər iki tərəfin vəkilləri mübahisələrin üzərinə gedib, həqiqətlərin çatdırılması üçün çaba göstərməlidirlər. Hüquq Mühafizə Orqanları vəkillərin, ictimaiyyətin tələbi ilə düzgün araşdırma aparmazsa, fərqli münasibətlər sərgilənəcək. Olay olaraq həm cinayətkarlıq, həm də siyasi baxımdan çox ciddi məsələdir.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri