İran ayətullahı: "Snayperlər ibadət edənləri ürəyindən və başından vurdu"

İran ayətullahı:

Xüsusi bölmənin snayperləri və sıravi əsgərlər ibadət edənlərin başına və ürəyinə atəş açıb”.

Publika.az İran mediasına istinadən xəbər verir ki, bunu İranın Zahedan şəhərinin cümə imamı Mövlana Əbdülhəmid cümə günü şəhərdə baş verən qarşıdurmalara münasibət bildirərək deyib.

O, cümə namazından sonra gənclərin polis idarəsinin önünə toplaşaraq etiraz şüarları səsləndirməsi və daş atmasına cavab olaraq xüsusi təyinatlıların snayperlə atəşə açaraq onları qətlə yetirməsini pisləyib:

"Namazdan sonra məscidin yaxınlığında yerləşən polis idarəsinin qarşısına toplaşan bir neçə gənc şüarlar səsləndirib, bəziləri isə polis bölməsinə daş atıblar. Bu hərəkətə cavab olaraq xüsusi təyinatlı qüvvələrin polis bölməsi binası qarşısında toplaşan gənclərə atəş açmaqla yanaşı, hətta namaz qılanları da hədəfə aldılar. Nə üçün polis insanları dağıtmaq üçün gözyaşardıcı qaz, plastik dəyənəklər və s. kimi vasitələrdən istifadə etmədi və bu faciəyə səbəb oldu? Polis onları öldürmək məqsədilə başından və ürəyindən vurdu. Bəzi rəsmilər baş verən hadisənin mahiyyətini təhrif edərək öz səhvlərini başqalarının üzərinə atmağa çalışırlar, halbuki hadisədə polis qüvvələrinin ehtiyatsızlığı açıq və aşkar məlumdur”.

M. Əbdülhəmid mülki geyimli silahlı şəxslərin evlərin damlarına yerləşdirildiyini bildirib: "Onlar gənc etirazçılar və dindarlarla yanaşı, evlərinə qayıdan insanlara da atəş açıblar və qurbanların əksəriyyətini başından və ürəyindən hədəfə alıblar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az