Azərbaycandan İrana səfər etmək üçün viza almaqla bağlı müraciət edənlərin sayı həddən çox olduğundan, İranın Bakıdakı konsulluğu viza təqdim etmə xidmətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər görür.
Bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
İsgəndəri deyib ki, viza almaq üçün lazım olan bəzi proseslər ləğv olunub. Onun sözlərinə görə, xüsusilə, xəstələr üçün imtiyazlar mövcuddur. Həkimdən tibbi sənədləri olarsa, onlara viza qısa zamanda verilir.
"Bundan başqa, sabah İranda Həzrət Əlinin (ə) vəfatı ilə əlaqədar rəsmi tətil olmasına baxmayaraq, İran konsulluğu işləyəcək və əhaliyə xidmət göstərəcək", - o bildirib.
İsgəndəri qeyd edib ki, viza rejimi tətbiq olunandan sonra İrana getmək istəyən şəxslərin çoxluğuna görə konsulluq qarşısında növbə yaranır.
"Konsulluğun əməkdaşları iş vaxtı bitdikdən sonra da viza alanların işini yerinə yetirmək üçün əlavə çalışırlar", - o deyib.
Avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunub.
Trend
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR