İrandan Azərbaycana metadon həbləri keçirmək istəyən şəxslər saxlanılıb.
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rüstəm Abdullayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, cəmi 15 ədəd metadon adlı həb aşkar edilib.
Bundan başqa, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Faiq Xudiyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 13 ədəd metadon adlı həb aşkar olunub.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Aşkar edilən 15 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram, 13 ədəd həbdə isə 0,52qram təşkil edir.
Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL