Qərb ölkələri elmi nailiyyətlərdən sui-istifadə edərək müxtəlif xəstəlikləri, o cümlədən Ebola, donuz qripi, quş qripi kimi virusları dünyada yayırlar.
Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) komandirinin müavini Hüseyn Salami deyib.
Trend-in Fars agentliyinə istinadən məlumatına görə, H.Salami bildirib ki, Qərb ölkələri bioloji silahlar istehsal etməklə, müxtəlif növ xəstəliklər yaymaqla dünya ictimaiyyətinə ziyan vururlar.
O, öz iddası ilə bağlı heç bir dəlil göstərməyib.
Beynəlxalq KİV-lərin məlumatına görə, indiyədək Avropa İttifaqı Ebola ilə mübarizə üçün bir milyard dollar vəsait ayırıb. ABŞ Konqresi də Ebola ilə mübarizə üçün 750 milyon dollar vəsait ayırıb. ABŞ Prezidenti Barak Obama Konqresdən Ebola ilə mübarizə üçün daha 6 milyard dollar ayrılmasını istəyib.
Qeyd edək ki, Qərbi Afrikanın üç ölkəsində - Qvineya, Liberiya və Syerra Leonedə üç gün ərzində Ebola virusundan ölənlərin 6331 nəfərə çatıb. Ebola virusuna yoluxanların sayı isə 17 min 800 nəfərdir.
Ən ağır vəziyyət Liberiyada yaranıb - 7 min 719 nəfər xəstələnib və 3 min 177 nəfər ölüb. Sonra gəlir Syerra Leone (7 min 798 və 1 min 742) və Qvineya (2 min 283 və 1 min 412).
Mütəxəssisləri xüsusilə Syerra-Leonedə xəstəliyin yayılma sürəti narahat edir. Yoluxanların sayına görə bu ölkə ilk dəfə Liberiyanı ötüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR