Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Şurasının nümayəndələrilə iki günlük “Kemp Devid” (Camp David) Zirvə Toplantısında iştirak edib.
Sammitin ilk gününə Ağ Saray ev sahibliyi edib, ikinci günün ünvanı isə Kem Devid (Camp David) olub.
Vaşinqton rəhbərliyi toplantıda iştirak edən 6 ölkənin İranla nüvə müzakirələrində əldə olunan razılaşmaya istiqamətli mənfi fikirləri aradan qaldırmağa çalışıb.
Körfəz ölkələri “Sanksiyalar qalxarsa, İran əldə edəcəyi gəlirləri bölgədəki stabilliyin zərərinə istifadə edə bilər” deyə narahatlıqlarını dilə gətiriblər.
Obama isə bildirib ki, “Elə sanksiyaların aradan qaldırılmasının məqsədi İranı əks hərəkətlərdən uzaq etməkdir. Ümumiyyətlə, İranla ucu açıq bir çəkişmə heç kimin xeyrinə deyil”.
Eyni zamanda, Obama ərəbləri arxayın salaraq bu sözü verib: “İran tərəfindən iştirakçı ölkələrdən hər hansı birinin ərazi bütövlüyünə istiqamətli təhdid və hərbi güc tətbiq olunarsa, ABŞ Körfəz ərəb dövlətlərinin tərəfində olacaq”.
Obama Suriyada Əsədsiz hökumətə doğru bir keçidin də vacibliyini təkrar edərək” “Mənim istəyim Suriyanın kimyəvi silahlardan istifadə etmədiyinə əmin olmaqdır və buna görə beynəlxalq təşkilatlar hərəkətdədir” deyib.
hafta.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR