İrəvan meri də Xankəndinə gəldi – Bəs Tural Gəncəliyevin ofisi nooldu?..

İrəvan meri də Xankəndinə gəldi  – Bəs Tural Gəncəliyevin ofisi nooldu?..

Aprelin 13-də qəsbkar ölkənin paytaxtının meri Hayk Marutyan da Rusiya hərbçilərinin yaratdığı şərait sayəsində Azərbaycan  dövlətinin  Laçın dəhlizi ərazisindəki sərhədini  pozaraq  Qarabağa gəlib.
 
Moderator.az xəbər verir ki,  Ermənistan nəşrlərinin yaydığı məlumata görə,  bu haqda İrəvan meriyasının mətbuat katibi Akop Karapetyan özünün "Facebook” səhifəsində yazıb.  H. Marutyanın Xankəndinin qanunsuz "meri” David Sarkisyanla görüşəcəyi bildirilib.
 
"Gündəlikdə iki paytaxt arasında əməkdaşlıq məsələləri var” – məlumatda belə deyilir.
 
P.S. Bəs görəsən, hörmətli Tural Gəncəliyevin Xankəndində ofis tapmağı noooldu?... 
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az