İctimai Palatanın Koordinasiya Şurasının son iclasında 8 aprel mitinqində çıxışçıların siyahısı hazırlanarkən mübahisə yaranıb. “Azpolitika.info”nun məlumatına görə,Mübahisəyə səbəb mitinqdə Rəsul Quliyevin adından onun nümayəndəsinin çıxış etməsi barədə təklifin səslənməsi olub. Qeyd edək ki, ACP lideri Rəsul Quliyev aprelin 6-da Azpolitika.info-ya müsahibəsində Azərbaycan ictimaiyyətinə səslənərək hər kəsi sözügedən aksiyada iştiraka çağırıb.Əldə etdiyimiz məlumata görə, Koordinasiya Şurasının iclasında bunu əsas gətirən AXCP sədri Əli Kərimli aksiyada Rəsul Quliyevin təmsilçisinə də söz verilməsini istəyib. Koordinasiya Şurasının üzvlərinin bəziləri bu təkliflə razılaşsa da, bəziləri qəti şəkildə buna qarşı çıxıblar. Ən çox etiraz edən isə Musavat Partiyasının Başqanı İsa Qəmbər olub. İsa Qəmbərin bu mövqeyi Əli Kərimli ilə onun arasında mübahisəyə yol açıb. Lakin mitinq qabağı münasibətlərin soyumasını istəməyən Əli Kərimli sonunda öz fikrindən geri çəkilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR