Vətəninfo.az Strateq.az-a istinadla xəbər verir ki, bu məlumatı Əfqanıstanın Milli Təhlükəsizlik Nazirliyi (NDS) yayıb. Məlumata görə, terror təşkilatının Əfqanıstan üzrə rəhbərinin köməkçisi Gül Zamanla bərabər daha 48 silahlı da zərərsizləşdirilib.
İŞİD silahlıları ABŞ-a aid pilotsuz hava aparatı (PHA) tərəfindən qətlə yetiriliblər. Əməliyyat İŞİD üzvlərinin toplantısı sırasında düzənlənib.
Nangarhar valiliyinin sözcüsü Əhməf Ziya Əbdülzai də faktı təsdiqləyib. Sözçünün bildirdiyinə görə, ABŞ PHA-ları iki hücum həyata keçiriblər. Gül Zamanın da öldürüldüyü ilk hücum zamanı İŞİD-in 12 üzvü qətlə yetirilib. Qısa müddətdən sonra həyata keçirilən ikinci hücumda isə daha 37 silahlı öldürülüb.
Qeyd edək ki, son iki ayda İŞİD Əfqanıstandakı fəaliyyətini xeyli gücləndirib. Təşkilatın zaman-zaman Taliban üzvləri ilə də toqquşmaları baş verir. Ölkə hökuməti terrorçu qruplaşmaların milli təhlükəsizliyi ciddi təhdid etdiyini bildirir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL