İsrail bazar günü yenidən Qəzza sektorunda bir sıra hədəflərə zərbə endirib.
“Veteninfo.az”ın Teleqraf.com-a istinadən verdiyi xəbərinə görə, Qəzza şəhərində "Əl Şəva" biznes-mərkəzinə atılan raketlərdən biri həmin binanın 11-ci mərtəbəsində yerləşən RussiaToday telekanalının ofisinə düşüb və oranı tamamilə dağıdıb. Raket atılan zaman telekanalın əməkdaşları ofisdə olmayıb.
Russia Today-la yanaşı həmin binada yerləşən və HƏMAS hərəkatına yaxın olan "Əl Qüds" telekanalının studiyası da raket zərbəsinə məruz qalıb. Bir neçə jurnalist yaralanıb. Hadisə baş verən zaman "Əl Qüds" telekanalının studiyasında olan jurnalist Məhəmməd Astal deyib: "Hamıya aydın idi ki, binada jurnalistlər yerləşib. Aydın görünürdü ki, bu binada televiziyalar fəaliyyət göstərir. Biz səhər binaya raket düşdüyünü eşidəndə şokda idik. Təcili binanı tərk etdik".
Fələstinin "Maan" agentliyinin məlumatına görə, bir çox beynəlxalq media quruluşlarının, o cümlədən Sky News, İTV, Russia Today-ın, eləcə də Fələstin xəbər agentliklərinin yerləşdiyi binaya ümumilikdə 4 raket atılıb. Nəticədə 6 jurnalist yaralanıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR