Italiya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi... -Gözlənilməz

Italiya prezidenti və baş naziri “Allahu Əkbər” sədasına baş əydi... -Gözlənilməz

İtaliyanın ali rəhbərləri müsəlman din xadiminin "Allahu Əkbər” çağırışı altında baş əyib. 

Moderator.az yazır ki, bu haqda "The Local” portalı xəbər yayıb. Gözlənilməz olay  Genuya körpüsünün çökməsi nəticəsində həlak olmuş iki müsəlmanın dəfn mərasimi zamanı  baş verib. Ölənlər arasında müsəlmanlar da olduğundan cənazə mərasimində bir katolik keşiş ilə yanaşı, imam da iştirak edib. 

İmam mütəmadi uca səslə "Allahu Əkbər” ( "Allah böyükdür”) deməklə neçə dəqiqəlik cənazə duası oxuyub. Və bu zaman digər mərasim iştirakçıları kimi  İtaliya prezidenti Serjio Mattarella və baş nazir Cuzeppe Konte - də başlarını aşağı əyiblər. Cənazə namazında hətta hakim koalisiyanı formalaşdıran İtaliyanın daxili işlər naziri, sağçı radikal partiyanın rəhbəri Matteo Salvini də iştirak edib.
Qeyd etmək lazımdır ki,  İtaliyada sağçı radikal və islamofob əhvali-ruhiyyə fonunda  müsəlman dini ayinlərinin kütləvi icrası nadir hallarda baş verir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az