Çeçenistan rəhbəri Ramzan Kadırovun sosial şəbəkələrdə video-müraciəti yayılıb.
Axar.az xəbər verir ki, xüsusən erməni mediasının da həvəslə tirajladığı video-müraciətdə Kadırov onu təhqir edənləri bağışlamayacağını bildirir.
O özünü qorumaq üçün heç bir qanuna məhəl qoymayacağını deyib:
"Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm” - deyə o bildirib.
Bəzi sosial şəbəkə istifadəçiləri və erməni mediası isə bunu Kadırovun guya azərbaycanlıları hədələməsi kimi qələmə verməyə çalışıb. Halbuki video-müraciətdə ümumiyyətlə Azərbaycanın və azərbaycanlıların adı çəkilmir.
Əslində isə video-müraciət 2022-ci il 13 yanvara aiddir və bu barədə Rusiyanın rəsmi xəbər agentlikləri də məlumat paylaşıb. Həmin vaxt Çeçenistan və İnquşetiya arasında bir neçə kəndə görə mübahisə yaranmışdı və bəzi inquşlar Kadırovu ən ağır sözlərlə təhqir etmişdilər. R.Kadırov isə onlara bu video-müraciətlə cavab vermişdi.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı hava məkanında HHM qüvvələrinin hücumuna məruz qalıb və təyyarə ciddi zədələnib. Bundan sonra təyyarənin Qroznı və Mahaçqala hava limanlarına enişinə icazə verilməyib. Qazaxıstana uçmağa məcbur olan təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…