Dünya şöhrətli opera müğənnisi Lyubov Kazarnovskayanın və onun "Səs və skripka” akademiyasının gənc vokalçılarının "Musiqili sürprizlər” adlı konserti avqustun 29-da tanınmayan "Dağlıq Qarabağ Respublikası”nın "paytaxtı” – Stepanakertdə (Xankəndi – red.) keçiriləcək.
Bu barədə "DQR Mədəniyyət və Gənclər Nazirliyi”nin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Məlumata müvafiq olaraq, konsertin xüsusi qonağı Nikola Uliveri (bas) olacaq. Konsertin musiqili müşayiətini pianoçu Anna Krivtsova və skripkaçı Aleksandr Bronveyber təmin edəcək.
Layihənin sponsoru Qayk Maqakelyanın xeyriyyə fondudur.
Qeyd edək ki, Lyubov Kazarnovskaya Azərbaycanın Xarici İşlər Nazirliyinin tərtib etdiyi "arzuolunmaz şəxslər” siyahısındadır.oxu.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL