Tailandın həbsdə olan keçmiş baş naziri Yinqlak Çinavat 1 milyon dollar müqabilində zaminə buraxılıb. Çinavat ölkədən çıxmamaq barədə iltizama da imza atıb.
Ötən il Tailandda olan hərbi çevriliş zamanı hakimiyyət devrilmiş, Çinavat da baş nazir postundan uzaqlaşdırılaraq həbsə atılmışdı. İddia olunur ki, keçmiş baş nazir vəzifədə olduğu dönəmdə düyü ticarətində olan kütləvi korrupsiya hallarının qarşısını almaq üçün heç bir səy göstərməyib. Bunun nəticəsində də Tailandın dövlət büdcəsinə 15 milyard dollar ziyan dəyib.
Çinavat isə məhkəmədə ona qarşı irəli sürülən ittihamı rədd edib. O, təqsirsiz olduğunu sübuta yetirən dəlilləri iyulun 3-dək məhkəməyə təqdim etməlidir. Bundan sonra iş üzrə şahidlər dindiriləcək. Artıq keçmiş baş nazirin əleyhinə ifadə verəcəyini bəyan edən 10 şahid var.
Müdafiə tərəfinin şahidlərinin sayı isə hələlik bəlli deyil. Tailandın ilk qadın baş naziri olan Çinavat məhkəmədə müdafiə olunmağa hazır olduğunu bildirib.
Azadliq.info
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR