Keçmiş məhkumu qətlə yetirən Qusar sakinləri 34 il cəza alıblar- FOTOLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakinləri İmran Bədirovun və Sadiq Əmiraslanovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Miq.az-ın məlumatına görə, bu il iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində RPŞ və prokurorluq əməkdaşları üzərində zorakılıq əlamətləri ilə şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun meyitini aşkar ediblər. İş üzrə keçirilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə mexaniki asfiksiya səbəb olub.
Səhərisi gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslər həbs olunublar və dindirilmə zamanı, hadisəni şəxsi münasibətlərin aydınlaşdırılması zəminində törətdiklərini bildiriblər. Onlar Əzizulla Məmmədovu boğaraq, qətlə yetiriblər.
Məhkəmənin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Miq.Az