Vətəninfo.az xəbər verir ki, təhlükəsizlik səbəbindən Pxenyanın lideri Kim Conq Una qarşı uydurma sui-qəsd haqda filmin nümayişi təxirə salınıb.
Sony Pictures təhdidlərdən sonra dekabrın 25-i ekranlara çıxacaq Kim Conq Una qarşı uydurma sui-qəsddən bəhs edən “Müsahibə” filminin nümayişini təxirə salıb.
Şirkəti təhdid edən haker qrupu özünü “Guardians of Peace” (Sülhün keşikçiləri) adlandırır. Qısa bəyanatda qrup 2001-ci il sentyabrın 11-i ABŞ-a edilmiş hücumun təkrar ediləcəyi ilə hədələyib və insanları film izlənən kino-teatrlardan uzaq durmağa çağırıb.
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi mesajı təhqiq etdiyini, lakin kino-teatrlara mümkün hücumla bağlı etibarlı kəşfiyyat məlumatının olmadığını bildirib.
ABŞ Sony Pictures-in hakerliyə məruz qalmasının arxasında Şimali Koreyanın dayandığını müəyyən edib. Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri deyib ki, təhqiqatçılar Şimali Koreyanın kibernetika hücumu ilə əlaqəsi olduğunu müəyyən edib. “Müsahibə” filminə görə Sony Pictures şirkətinin kompüter sisteminə edilmiş hücum on minlərlə sənədin sızmasına və terror hücumlarının təhlükəsizliyinin artmasına səbəb olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR