Kim şərt qoydu - ABŞ diz çöküb, üzr istəsə...
Şimali Koreya barışıq şərtini açıqladı
"Şimali Koreya xalqı ABŞ Koreyaya qarşı düşmənçilik siyasətinə son qoyana və diz üstündə üzr istəyənə kimi öz raket və nüvə potensialını nümayiş etdirməyə hazırdır". İstiPress-in məlumatına görə, bu barədə məqalə müntəzəm olaraq ballistik raket sınaqları həyata keçirən ölkənin mərkəzi qəzet olan "Nodon Sinmun"da yer alıb.
Qəzet qeyd edib ki, "Xvanson 14" raketinin sınağı xalq və partiya üçün əsl əzələ nümayişi olub.
Xatırladaq ki, Şimali Koreya ballistik raketin sınağaını bir neçə gün öncə həyata keçiririb. Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.
Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.
Miq.az