Dövlət başçısının səhhəti çərşənbə günü pisləşib
Özbəkistan müxalifəti hazırkı ölkə prezidenti İslam Kərimovun komaya düşməsi barədə məlumat yayıb.
Bu məlumatı “Özbəkistanın xalq hərəkatına” (ÖXH) istinadla, bir neçə xarici KİV-də yayıb, Oxu.Az Rosbalt-a istinadən xəbər verir.
“Aziya-plyus”un məlumatına görə, ÖXH-nin fəalları Özbəkistan hökumətindəki şəxsi mənbələrinə istinadən, dövlət başçısının səhhətinin yanvarın 28-də, çərşənbə günü pisləşməsi barədə xəbər yayıblar.
“Təxminən 20:30 radələrində “Kuksaroy” iqamətgahında şam yeməyi zamanı İslam Kərimov huşunu itirib, - ÖXH-dən bildiriblər. – İqamətgahın tibbi personalı təcili tibbi yardım göstərib. Bundan başqa, digər mütəxəssislər də Dürmenə çağırılıblar. Lakin hələlik İslam Kərimovun huşunu qaytarmaq mümkün olmayıb. O, yanvarın 29-dan komadadır”.
Müxalifətçilər iddia edirlər ki, Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin başçısı Rüstəm İnoyatov, hökumət rəhbəri Şavkat Mirziyaev və Nazirlər Kabinetinin digər üzvləri, Kərimovun ailəsinə yaxın şəxslər iqamətgaha gəliblər.
Qeyd edək ki, İslam Kərimov son 25 ildə prezident vəzifəsini tutur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR