Kriminal avtoritet Elçin İsmayılovun qardaşı öldürüldü - FOTO

Kriminal avtoritet Elçin İsmayılovun qardaşı öldürüldü - FOTO

Masallı rayonunda qətl hadisəsi baş verib.

Miq.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti  müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir.

Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az