Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Klassik Xalq Cəbhəsi Partiyasının(KXCP) təşkilatçılığı ilə Güney Azərbaycan reallıqlar, prespektivlər mövzusunda tədbir keçrildi. Tədbirdə çıxış edən partiyanın sədri Mirmahmud Mirəlioğlu bütöv Azərbaycan uğrunda mübarizə aparan bütün təşkilatlara uğurlar arzuladığını bildirdi: «Burada bir xüsusi məqamı qeyd etmək yerinə düşər ki, burda mütəxəsislərimiz var. Burda güney Azərbaycan məsələsi müzakir olunur». Daha sonra çıxış edən Aydın Mədətoğlu qeyd etdi ki, Güney Azərbaycan hərəkatının əsas strategiyası soydaşlarımızı İranlılıq düşüncəsindən azad edib, onları azərbaycançılıq düşüncəsi ətrafında sıx birləşdirmək və milli müqəddərat məsələsini həll etməkdir : «Güney Azərbaycanın tarixi əraziləri Azərbaycan türklərinin öz milli əraziləridir. Hələ tarixdə İran adı yox ikən Azərbaycan adı var idi. Məhz bu coxrafi ərazinin ədəbi adı Azərbaycan olan torpaqda Azərbaycan dövlətinin qurulması məntiqidir». Tədbirdə çıxış edən digər iştirakçılar da Güney Azərbaycanla bağlı öz fikirlərini bölüşdülər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR