Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin keçmiş müavini, təşkilat daxilində fəaliyyət göstərən “Demokratik Birlik” fraksiyasının həmtəsisçisi Fikrət Cəfərov partiyadan çıxarılıb.
KXCP-dən APA-ya verilən məlumata görə, partiyanın Nərimanov rayon təşkilatının ötən gün keçirilən iclasında F.Cəfərov partiya sıralarından xaric edilib. O, partiya nizamnaməsinin müvafiq maddələrinə əməl etmədiyinə, o cümlədən siyasi riyakarlıq və partiyada pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə, partiyadakı fəaliyyətinə xitam verilib.
F.Cəfərov isə APA-ya deyib ki, onun üçün KXCP Nərimanov rayon təşkilatının çıxardığı qərar öz əhəmiyyətini itirib: “Biz partiyanın siyasi xəttindəki sapmaları aradan qaldırmaq istəyirik. Fraksiya üzvləri haqqında belə qərarın çıxarması isə əvvəlcədən gözlənilən idi. Bunu partiya sədri Mirmahmud Mirəlioğlunun düşüncəsinə uyğun atılan addım hesab edirəm. Bu, Mirmahmud Mirəlioğlunun özünü qoruması üçün atdığı addımdır. Ölkədə demokratik dəyərlərin bərqərar olmasını istəyən bir topluma inzibati idarəçiliyin tətbiqi mümkün deyil. Böyük ideyaların qarşısını bu cür cılız addımlarla atmaq mümkün deyil”. O, bundan sonra siyasi fəaliyyətini davam etdirəcəyini, fraksiyanın məqsəd və məramının həyata keçirilməsi uğrunda lazımı işlər görəcəyini qeyd edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR