Aralıq dənizinin Liviya sahillərində mühacirləri daşıyan iki gəminin batması nəticəsində 100-dən çox insan ölüb.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu haqda xarici mətbuat məlumat yayıb. Xəbərə görə, hadisə Liviyanın Zuvara şəhəri sahillərində baş verib.
Gəmilərdən birində 500, o birində isə 400 mühacir olub. Mühacirlərin Suriya, Pakistan, Banqladeş, Afrika ölkələri, o cümlədən Mərakeşdən olduğu bildirilib.
Onların çoxunun öldüyü ehtimal edilir. Şahidlər yüzdən çox mühacirin meyitinin Liviyanın paytaxtı Tripoldakı xəstəxanaya aparıldığını söyləyiblər. Məlumata görə, 201 mühacir xilas edilib.
Liviyanın sahil mühafizə xidmətinin xilasediciləri axtarış-xilasetmə işlərini davam etdirir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL